Məhkəmə AXCP fəalı barədə 4 aylıq həbs qətimkan tədbiri seçib

Martın 19-da Göygöl Rayon Məhkəməsi hakim Əyyub Kərimovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə cinayət işi qaldırılıb.

Bu barədə Turana vəkil Zabil Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, Sahib Məmmədzadə məhkəmədə ittihamı qəbul etmədiyini bildirib.

Vəkil Göygöl Rayon Məhkəməsinin həbs qətimkan tədbiri barədə qərarından apellyasiya şikayəti verəcəyini deyib.

Qəhrəmanovun dediyinə görə, Məhərrəmli artıq Gəncə şəhərindəki 2 saylı İstintaq Təcridxanasına köçürülüb.

Sahib Məmmədzadə martın 18-də mal qarasını Daşkəsən rayonuna yaylağa apararkən polislər tərəfindən saxlanılıb. AXCP Məmmədzadənin siyasi fəaliyyəti ilə bağlı saxlanıldığını bildirib.

Previous Post

The court arrested PFPA activist for 4 months on drug charges

Next Post

PFPA activist goes on hunger strike in prison

Start typing to see posts you are looking for.