Məhkəmə AXCP fəalını 10 il müddətinə azadlıqdan məhrum edib

Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun işi üzrə prosesdə hökm elan edilib. Məhkəmə onu silahlı hücum ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib.

Hümbətov ittihamı rədd edərək ona qarşı təxribat təşkil edildiyini və heç kimə hücum etmədiyini bildirib. Müxalifətçi cinayət işini Azərbaycan rəhbərliyini tənqidə görə “qisas” kimi qiymətləndirib.

Müdafiə tərəfi hökmlə razı deyil və Apellyasiya Məhkəməsinə şikayət verəcək.

Xatırladaq ki, Hümbətov bu il avqustun 11-də saxlanılıb və Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) ilə ittiham olunub.

Əsasən Hümbətov Zirə kənd sakini Yamən Məmmədova bıçaqla zərbə vurmaqda ittiham olunub.

Amma hüquq müdafiəçilərinin fikrincə, Hümbətova qarşı təxribat törədilib, fəalın həbsinin əsl səbəbi onun ölkə rəhbərliyini sosial şəbəkələrdə tənqid etməsi olub.

Bir il öncə Aqil Hümbətov İnternetdə hakimiyyətin ünvanına tənqidi çıxışından sonra psixiatriya xəstəxanasına yerləşdirilmişdi.

Previous Post

“Line of Defense” appealed to Ilham Aliyev with a request to release Saleh Rustamov

Next Post

Court sentenced PFPA activist to 10 years of imprisonment

Start typing to see posts you are looking for.