Məhkəmə jurnalistlər Ülvi Həsənli və Sevinc Vaqifqızının ilkin həbs müddətini uzadıb

[vc_row][vc_column][vc_column_text]Bu gün Bakının Xətai Rayon Məhkəməsi “Abzas Media” İnternet-nəşrin direktoru və baş redaktoru Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs müddətini daha 3 ay uzadıb.
Vəkilləri bildiriblər ki, bu qərarlardan apellyasiya şikayəti veriləcək.
Bundan öncə, fevralın 24-də məhkəmə “Abzas Media”nın jurnalisti Nərgiz Absalamovanın həbs müddətini üç ay uzadıb.
Martın 7-də bu iş üzrə daha iki müttəhimin-Hafiz Babalı və Elnarə Qasımovanın ilkin həbs müddəti üç ay uzadılıb.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham olunurlar.
Həbs olunanlar ittihamları rədd edirlər və hesab edirlər ki, korrupsiya faktlarını araşdırdıqları üçün təqib edilirlər. [/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Court extends provisional arrest of journalists Ulvi Hasanli and Sevinj Vagifgyzy

Next Post

ECHR makes decisions on 10 complaints from Azerbaijan

Start typing to see you are looking for.