[vc_row][vc_column][vc_column_text]Noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının üzvü Etibar İsmayılova hökm oxunub. Məhkəmə onu külli miqdarda narkotik maddə alverində təqsirli bilib və 9 il 9 ay həbs cəzasına məhkum edib.
İsmayılov Azərbaycanın İranla münasibətlərinin pisləşməsi fonunda dini fəalların növbəti həbs dalğası zamanı 1 fevral 2023-cü ildə həbs edilib.
Hərəkatdan bildiriblər ki, İsmayılova qarşı ittihamlar saxtalaşdırılıb, hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Etibar İsmayılov artıq bir dəfə siyasi məhbus taleyini yaşayıb. 2015-ci ilin noyabrında “Nardaran işi” üzrə həbs olunub.[/vc_column_text][/vc_column][/vc_row]