Müsavat Partiyasının fəalı 30 sutkalığa həbs edilib

Müsavat Partiyası sədrinin müşaviri Əlikram Xurşidov inzibati qaydada 30 sutka həbs edilib.

Şirvanda yaşayan Xurşidovu iyulun 25-də telefonla polisə çağırıblar. Həmin vaxt Xurşidov Bakıda olub və ona rəsmi bildiriş göndərilməsini istəyib.

Ertəsi gün onu Bakıda saxlayıblar və Səbail Rayon Məhkəməsinə aparıblar. Məhkəmə onu “polisə tabe olmamaq” ittihamı ilə 30 sutkalığa həbs edib.

Müsavat Partiyasında hesab edirlər ki, həbsin əsl səbəbi iyulun 20-də ölkənin quru sərhədlərinin açılması tələbilə etiraz aksiyası ilə əlaqədar  saxlandıqdan sonra polisin kobud və qeyri-etik hərəkətlərini üzə çıxarmasıdır.

“Şübhə yoxdur ki, bu, Əlikram Xurşidovun sosial şəbəkələrdə və KİV-də hökuməti tənqid etməsinə, həmçinin siyasi fəaliyyətinə görə sifarişli həbsdir”, – Müsavat Partiyasının bəyanatında bildirilir.

Partiya qeyd edir ki, Xurşidovun məhkəməsi yaxınlarını xəbərdar etmədən və vəkil olmadan “gizli” aparılıb.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətində Xurşidovun Bakıda keçirilən etiraz aksiyası ilə əlaqədar həbs olunduğunu təkzib ediblər.

“Əlikram Xurşidov Bakıda ictimai asayişi pozmasına görə saxlanılıb. O, polisin ictimai qaydaya riayət etmək çağırışına məhəl qoymayıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə  (polisin qanuni tələblərinə tabe olmamaq) protokol tərtib edilib və məhkəmənin qərarı ilə  30 sutka həbs olunub”, – Daxili İşlər Nazirliyinin mətbuat xidməti bölməsinin rəisi Zeyni Hüseynov Turan-a bildirib. O, Xurşidovun həbsində siyasi motivləri istisna edib.

Previous Post

Musavat activist arrested for 30 days

Next Post

Activist expelled from Germany was sentenced to 6 years of imprisonment

Start typing to see posts you are looking for.