Müxalifətçinin məhkəməsi qapalı rejimdə keçirilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalı Aqil Hümbətovun cinayət işi üzrə məhkəmə baxışı davam edib.  

Məhkəmə faktiki olaraq qapalı şəraitdə keçirilib və vəkildən başqa kimsə iclas zalına buraxılmayıb.

Vəkil Nemət Kərimli jurnalistlərə bildirib ki, Aqil Hümbətov məhkəmə zalına qandalda gətirilib.

“Hümbətovun qandalının açılması, şüşə qəfəsdən çıxarılması,müttəhimin qohumlarının və tərəfdarlarının, həmçinin jurnalistlərin məhkəmə zalına  buraxılması, həbs qətimkan tədbirinin dəyişdirilməsi və hakimə etiraz barədə vəsatətlər verdim. Hakim vəsatətləri təmin etməddi. Yalnız Hümbətovun qandallarını açdılar”, –  Kərimli deyib.

Vəkilin sözlərinə görə, Hümbətovun ilkin ifadəsi işgəncə altında alınıb.

“Mən oktyabrın 16-da onunla görüşəndən sonra işgəncə altında verdiyi ifadədən imtina etdi. O bildirdi ki, Facebook-dakı fəaliyyəti ilə bağlı həbs edilib. Onun Facebookda uşaq pulu verilməsi ilə bağlı İlham Əliyevə müraciətləri var”, -vəkil deyib.

O qeyd edib  ki, Hümbətova qarşı işgəncə  ilə bağlı şikayət verib.

“Biz işgəncə ilə bağlı prokurorluğa şikayət vermişik. Guya prokurorluqda araşdırılıb. Amma heç ekspertiza da keçirilməyib. Hümbətov bildirir ki, qabırğası sınıb”,- vəkil deyib.  

Növbəti məhkəmə iclası noyabrın 10-da olacaq.

Previous Post

Amnesty to be announced in Azerbaijan on occasion of Victory Day

Next Post

The trial of the oppositionist is held behind closed doors

Start typing to see you are looking for.