Müxalifətçi məhkəmə zalında quru aclıq aksiyasına başlayıb

Aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənovun cinayət işi üzrə ittiham aktı elan edilib.

Müxalifətçi narkotik alveri ilə bağlı ittihamı rədd edib.

O, həmçinin bildirib ki, proses başlamazdan əvvəl penitensiar xidmətin əməkdaşları onun məhkəmədə çıxış üçün hazırladığı mətni müsadirə ediblər.

Ə.Həsənov etiraz əlaməti olaraq quru aclıq aksiyasına başlayıb.

Növbəti məhkəmə iclası mayın 3-nə təyin edilib.

*Elnur Həsənov 2023-cü il noyabrın 28-də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) həbs edilib. Fəal hesab edir ki, onun həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Previous Post

The oppositionist went on a dry hunger strike in the courtroom

Next Post

As a result of the hunger strike in the pre-trial detention center, the health condition of oppositionist E. Hasanov worsened

Start typing to see posts you are looking for.