“Nardaran işi” üzrə məhkum karserə salınıb

“Nardaran işi” üzrə mühakimə olunmuş Cabbar Cabbarov altı sutkalığa 1 saylı koloniyanın karserinə salınıb. Bu barədə onun yaxınları məlumat veriblər. Onların sözlərinə görə, cəzaya formal səbəb məhbuslar arasında dava olub. Lakin Cabbarov davada iştirak etməyib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Cabbarov 2015-ci ildə Nardaran qəsəbəsində  güc qurumlarının “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadəyə qarşı xüsusi əməliyyatı zamanı saxlanılıb

Sonradan Cabbarov terrorizm, silahların qanunsuz dövriyyəsi, qəsdən adam öldürmə, kütləvi iğtişaşların təşkili və sair cinayətlərdə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

NHC calls to release activist Rustamov in Azerbaijan

Next Post

The defendant in the “Nardaran case” placed in a punishment cell

Start typing to see posts you are looking for.