Niyaməddin Əhmədov həbsxana hospitalına yerləşdirilib

September 24th, 2021

Xalq Cəbhəsi Partiyası liderinin mühafizəçisi  Niyaməddin Əhmədov COVİD-19 şübhəsilə həbsxanadan Penitensiar Xidmətin xəstəxanasına köçürülüb. Bu barədə Turan-a vəkil Zibeydə Sadıqova bildirib.

Vəkil həmçinin qeyd edib ki, iki gün öncə məhkəmə prosesində Əhmədov özünü pis hiss edirdi.

Xatırladaq ki, sentyabrın 22-də prokuror Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.