Polad Aslanov cəzaçəkmə müəssisəsində təzyiqə məruz qaldığını bildirib

Həbsdə olan xeberman.com saytının təsisçisi Polad Aslanov siyasi məhbus, Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədova dəstək bəyanatı ilə çıxış etdikdən sonra 1 saylı cəzaçəkmə müəssisəsində ona təzyiq göstərildiyini bildirib. Bu barədə onun həyat yoldaşı Gülmira Aslanova bildirib.

“Polad cəzaçəkmə müəssisəsindən zəng edib. O bildirib ki, onu digər məhbuslardan təcrid etməyə çalışırlar, onunla ünsiyyət quranlar isə döyülür və karserə salınır. Belə ki, keçən həftə Pənah adlı məhbus karserə salınıb. Poladın özünü 200 nəfərlik baraka keçirməyə hazırlaşırlar. Bu, Poladın Niyaməddin Əhmədovu dəstəklədiyi haqqında bəyanatından sonra baş verib”, deyə həyat yoldaşı bildirib.

Onun sözlərinə görə, hazırda Polad 18 nəfərlik kamerada saxlanılır.

“Polada hakimiyyəti tənqid etməyə və məhbusların hüquqlarının pozulması haqqında danışmağa son qoymazsa, onu rahat buraxmayacaqlarını göstərirlər”, deyə Aslanova qeyd edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu il tarixində İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

“Sərhədsiz Reportyorlar” və digər hüquq müdafiə qurumları Azərbaycan hökumətini Polad Aslanovu azad etməyə çağırıblar.

Previous Post

The court denied Elchin Mammad mitigation of punishment

Next Post

Polad Aslanov told about the pressure in the jail

Start typing to see posts you are looking for.