Polis təkcə jurnalistlərin bank kartlarına həbs qoymayıb, həm də onların valideynlərinin pensiya kartlarını bloklayıb

[vc_row][vc_column][vc_column_text]”AbzasMedia” və “Kanal 13” onlayn nəşrlərin jurnalistləri həbs edildikdən sonra polis jurnalistlərin özlərinin, eləcə də onların yaxın qohumlarının bank kartlarına həbs qoyub.
Jurnalistlərin vəkilləri Turan-a bildiriblər ki, Bakı Şəhər Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin tələbilə jurnalistlər Hafiz Babalı, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Əziz Orucov, Toğrul Vəliyevin əməkhaqqı hesablarına həbs qoyulub.
Bundan əlavə, Sevinc Vaqifqızının anasının pensiya kartı, Ülvi Həsənlinin bacısının əməkhaqqı hesabı və anasının pensiya kartı, Əziz Orucovun xanımının əməkhaqqı hesabı və anasının pensiya kartı, həmçinin üçüncü qrup əlil kimi Hafiz Babalanın pensiya kartı bloklanıb.
“Kartımın bloklanmasının səbəbi barədə “Kapital Bank”a sorğuda mənə bildirdilər ki, Səbail rayon polis şöbəsinin tələbi əsasında bank hesablarımız dondurulub”, – Əziz Orucovun xanımı Lamiyə Orucova Turan-a bildirib.
Hazırda jurnalistlərin ailə üzvləri öz qohumlarının və yaxınlarının himayəsindədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti jurnalistlərin valideynlərinin hesablarının bloklanmasının səbəbi barədə sorğuya cavab verməyib.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Police seize not only journalists’ bank cards, but also their parents’ pension cards.

Next Post

Azerbaijan: Statement by the Spokesperson on the detention of journalists and political activists

Start typing to see you are looking for.