Pünhan Kərimlinin barəsində hökmdən apellyasiya şikayəti verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü,  Almaniyadan deportasiya edildikdən sonra narkotik maddələrə  görə 6 il müddətinə mühakimə olunan Pünhan Kərimli apellyasiya şikayəti verib.

Fəalın atası Vahid Kərimov bildirib ki, şikayətə sentyabrda baxılacaq. O hesab edir ki, oğlu siyasi motivlərlə təqib olunur. “Oğlum heç ifadə verməyib. Onu işgəncə altında hansısa mətni imzalamağa məcbur ediblər”, – ata deyib və əlavə edib ki, narkotik maddəni polis əməkdaşları özləri qoyublar.

*Pünhan Kərimli Almaniyadan readmissiyadan bir ay yarım sonra, bu ilin yanvarında həbs edilib. O əmindir ki, Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq Almaniyada keçirilən aksiyalarında iştiraka görə təqib edilir.

İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Pünhan Kərimlini 6 il müddətinə azadlıqdan məhrum edib.

Previous Post

Appeal filed against verdict of Pyunkhan Kerimli

Next Post

The trial in the case of the activist expelled from Germany continues

Start typing to see posts you are looking for.