[vc_row][vc_column][vc_column_text]İstintaq təcridxanasında 8 günlük quru aclıq aksiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun sağlamlığı üçün mənfi nəticələrə səbəb olub. O, 17,5 kq arıqlayıb və onun həzm sistemində problemlər yaranıb.
AXCP-dən verilən məlumata görə, aprelin 26-da Həsənova fəalın qardaşı və vəkili istintaq təcridxanasında baş çəkib.
“Məlum oldu ki, dünən Elnur Həsənov vəziyyəti ağırlaşıb və o, artıq köpük qusmağa başlayıb. Çox ehtimal ki, bu quru aclıq səbəbindən mədə və öd kisəsinin xroniki xəstəliklərinin kəskinləşməsinin nəticəsidir. Amma aclıq aksiyası bitəndən sonra da bu gün Elnur Həsənov yenidən qaytarıb”, – AXCP-dən qeyd ediblər.
*Elnur Həsənov 2023-cü il noyabrın 28-də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) həbs edilib. Fəal hesab edir ki, onun həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir. Aprelin 18-də o, məhkəmədə çıxışı üçün hazırladığı qeydlərin müsadirə edilməsinə etiraz əlaməti olaraq aclıq elan edib.
Aprelin 25-i axşam saatlarında qeydlər ona qaytarıldıqdan və obyektiv məhkəmə araşdırması vəd edildikdən sonra Həsənov aclıq aksiyasını dayandırıb.[/vc_column_text][/vc_column][/vc_row]