RATİ: Elmar Hüseynovun qətli Azərbaycanda ifadə azadlığının məhvinin başlanğıcı oldu və bunun qarşısı alınmalıdır

2 Mart, 2022

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətini jurnalist Elmar Hüseynovun qətlinin üstünü açmağa, 17 il əvvəl – 2005-ci il martın 2-də törədilmiş sarsıdıcı cinayətin sifarişçilərini və icraçılarını cəzalandırmağa çağırır.

RATİ hesab edir ki, hazırkı hakimiyyətin əsas tənqidçilərindən biri, evinin astanasında güllələnən məşhur “Monitor” nəşrinin baş redaktoru Azərbaycanın müstəqil jurnalistikasının ən mühüm qurbanına çevrilib.

RATİ hesab edir ki, son 17 ildə bu qətli araşdıran Azərbaycanın istintaq orqanlarının hərəkətləri və hərəkətsizliyi onu göstərir ki, Azərbaycan hakimiyyəti yerli və beynəlxalq ictimaiyyətdən həqiqəti gizlətməyə çalışır və bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsində maraqlı deyil.

RATİ hesab edir ki, Elmar Hüseynovun qətlinin 2005-ci ilin martından bəri cəzasız qalması bir sıra digər faciəli qətllərə və jurnalistlərin zorakı ölümlərinə səbəb olub.

Belə ki, 2005-ci ilin iyununda polislər tərəfindən döyülən jurnalist Alim Kazımlı xəstəxanada dünyasını dəyişib.

2009-cu ilin avqustunda jurnalist Novruzəli Məmmədov bilərəkdən tibbi yardım göstərilmədiyi səbəbindən həbsxanada dünyasını dəyişib.

2011-ci ilin noyabrında jurnalist Rafiq Tağı bıçaqlanaraq öldürülüb.

2015-ci ilin avqustunda jurnalist Rasim Əliyev təşkil olunmuş hücumun qurbanı olub.

Zorakılığın son qurbanı 2022-ci il fevralın 22-də faktiki olaraq öz mənzilində edam edilən jurnalist və LGBT fəalı Əvəz Şıxməmmədov (Əvəz Hafizli təxəllüsü ilə tanınır) olub.

RATİ Azərbaycan hakimiyyətinə xatırladır ki, jurnalistlərə qarşı yuxarıda qeyd olunan və jurnalistlərin faciəli ölümü ilə nəticələnən cinayətlərin demək olar hamısı ya ümumiyyətlə araşdırılmayıb, ya da qəsdən səmərəsiz şəkildə araşdırılıb.

Bunun bariz nümunəsi Elmar Hüseynovun qətlinin araşdırılmasıdır, onun qətlini hakimiyyət jurnalisti öldürmək üçün Tbilisidən Bakıya gələn tanınmış muzdlu qatillər Tahir Xubanov və Teymuraz Əliyevin adına yazır.

Maraqlıdır ki, Azərbaycan hakimiyyəti bu şəxslərin Gürcüstandan ekstradisiyasını belə tələb etmir və onları İnterpol vasitəsilə beynəlxalq axtarışa vermir.

Bu çox ağır cinayət üzrə zaman məhdudiyyətinin olmadığını nəzərə alan RATİ Azərbaycan hakimiyyətinə, o cümlədən ABŞ, Türkiyə (FTB və Türkiyə Milli Kəşfiyyatı bu cinayətin təhqiqatına cəlb olunub) və Gürcüstanın hüquq-mühafizə orqanlarını bu işin təhqiqatını bərpa etməyə və günahkarların məsuliyyətə cəlb edilməsinə kömək etməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətini söz azadlığının inkişafı üçün lazım olan təhlükəsiz mühiti təmin etməyə, o cümlədən həbs edilmiş bütün jurnalistləri həbsxanalardan azad etməyə, söz və ifadə azadlığı sahəsində milli qanunvericiliyi Avropa İnsan Hüquqları Konvensiyasına və Azərbaycanın son 20 ildə üzv olduğu Avropa Şurasının standartlarına uyğunlaşdırılmağa çağırır.

IRFS: The murder of Elmar Huseynov became the beginning of destroying the freedom of expression in Azerbaijan, which has to be prevented.

March 2, 2022

The Institute for Reporters’ Freedom and Safety (IRFS) appeal to the authorities of Azerbaijan with demand to solve the murder of journalist Elmar Huseynov and punish both the ones that ordered and executed the shocking crime committed 17 years ago – on March 2 2005.

IRFS deem that one of the major critics of the present authorities, editor-in-chief of a popular independent publisher ‘Monitor’, killed with shots at door of his house, became the most symbolic victim of the independent journalism of Azerbaijan.

IRFS also deem that activity and inactivity of investigation authorities of Azerbaijan involved in investigation this murder for the past 17 years indicate that the authorities of Azerbaijan are attempting to conceal truth from local and international community, and are not interested in bringing to justice those guilty in this crime.

IRFS deem that impunity for the murder of Elmar Huseynov continuing since March 2005 resulted in a chain of other tragic killings and violent murders of journalists. Thus in June 2005 in a hospital there had deceased journalist Alim Kazimli beaten by the police. In August 2009 due to intentional nonprovision of medical help in the prison, there had died journalist Novruzali Mamedov. In November 2011 journalist Rafik Tagi was killed with knife stabs. In August 2015 journalist Rasim Aliyev became victim of organised assault. Journalist and LGBT activist Avaz Shikhmamedov (known under the nickname Avaz Khafizli) actually executed in his own apartment on February 22 2022 was the last victim of violence.

IRFS reminds the authorities of Azerbaijan that practically all of the abovementioned crimes against the journalists resulting in tragic death of the journalists are either not investigated at all or deliberately investigated inefficiently.

A vivid example of that is the investigation of murder of Elmar Huseynov, the murder which the authorities attribute to all famous alleged killers Tahir Khubanov and Teymuraz Aliyev, who arrived from Tbilisi to Baku for execution of the journalist’s murder. It’s noteworthy that the authorities of Azerbaijan are not even demanding Georgia to extradite those persons, nor are they putting them on the international wanted list through the Interpol line.

Taking in account that there is no statute of limitations for those grave crimes IRFS appeal to the authorities of Azerbaijan as well as law enforcement of the USA, Turkey (FBI and National Intelligence of Turkey were involved in investigation of that crime) and Georgia with request to resume the investigation of this case and help to in bringing the guilty persons to justice

IRFS appeals to the authorities of Azerbaijan with request to provide secure medium necessary for development of freedom of word, including the release from prisons of all arrested journalists and bringing the national legislation on freedom of word in accordance with the European Convention on Human Rights as well as with the standards  Council of Europe , a membership in which Azerbaijan holds for the past 20 years.

ИСБР: Убийство Эльмара Гусейнова стало началом уничтожения свободы выражения в Азербайджане, которое необходимо предотвратить

2 Марта 2022

Институт Свободы и Безопасности Репортеров  призывает власти Азербайджана раскрыть убийство журналиста Эльмара Гусейнова и наказать заказчиков и исполнителей шокирующего преступления, совершенного 17 лет назад – 2 марта 2005 года.

ИСБР считает, что один из главных критиков нынешней власти, главный редактор популярного независимого издания «Монитор», расстрелянный выстрелами в упор на пороге своего дома, стал самой знаковой жертвой независимой журналистики Азербайджана.

ИСБР считает, что действия и бездействия  следственных органов Азербайджана, расследующих данное убийство за последние 17 лет, говорят о том, что власти Азербайджана пытаются скрыть правду от местной и международной общественности, и не заинтересованы в привлечении к ответственности виновников данного преступления.

ИСБР считает, что безнаказанность за убийство Эльмара Гусейнова, продолжающаяся с марта 2005 года, привела к чреде других трагических убийств и насильственных смертей журналистов. Так, июне 2005 года в больнице скончался избитый полицейскими журналист Алим Казимли. В августе 2009 года из-за преднамеренного непредставления медицинской помощи в тюрьме скончался журналист Новрузали Мамедов. В ноябре 2011 года был убит ударами ножом журналист Рафик Таги. В августе 2015 года жертвой организованного нападения стал журналист Расим Алиев. Последней жертвой насилия стал  фактически казнённый у себя в квартире 22 февраля 2022 года журналист и ЛГБТ активист Аваз Щихмамедов (известный под  псевдонимом Аваз Хафизли).

ИСБР напоминает властям Азербайджана, что практически все вышеперечисленные преступления против журналистов обернувшихся трагической гибелью журналистов или не расследованы вовсе или же преднамеренно расследованы не эффективно.

Ярким примером этому является расследование убийства Эльмара Гусейнова, убийство которого власти списывают на всем известных предполагаемых  киллеров Тахира Хубанова и Теймураза Алиева, прибывших из Тбилиси в Баку для исполнения убийства журналиста. Примечательно, что власти Азербайджана даже не требуют от Грузии выдачи данных лиц и не объявляют их в международный розыск по линии Интерпола.

Учитывая то, что по данном тяжкому преступлению  отсутствуют сроки давности, ИСБР призывает власти Азербайджана, а также правоохранительные органы США, Турции (ФБР и Нациоаональная Разведка Турции были подключены к расследованию данного преступления) и  Грузии возобновить  расследование по данному делу и помочь в привлечении виновников к ответственности.

ИСБР призывает власти Азербайджана обеспечить безопасную среду, необходимую для развития свободы слова, в том числе освободить из тюрем всех арестованных журналистов и привести национальное законодательство в сфере свободы слова и выражения в соответствие с  Европейской Конвенцией по Правам Человека  и стандартам Совета Европы, членом которого Азербайджан является на протяжении последних 20 лет.

Previous Post

ИСБР: Убийство Эльмара Гусейнова стало началом уничтожения свободы выражения в Азербайджане, которое необходимо предотвратить

Next Post

IRFS: The murder of Elmar Huseynov became the beginning of destroying the freedom of expression in Azerbaijan, which has to be prevented.

Start typing to see you are looking for.