Sədr müavini partiya üzvünə inzibati cəza verilməsini qanunsuz sayır

İyulun 20-də Azərbaycanın quru sərhədlərinin bağlı saxlanmasına etiraz olaraq Nazirlər Kabinetinin qarşısında keçirilən etiraz aksiyasında saxlanılanlar sərbəst buraxılsa da, onlardan biri – Müsavat Partiyasının üzvü Əziz Məmiyevə Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. Bu barədə Müsavat Partiyası məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib. İddia olunur ki, Əziz Məmiyev “polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib”.

“Əziz Məmiyev  heç bir qanunsuz hərəkət etmədiyi anda, polis tərəfindən güc tətbiq edilməklə saxlanılıb və ona fiziki zorakılıq edilib. Maşına mindirildikdən sonra da fiziki təzyiqlər davam edib. Əziz Məmiyev dərhal azad edilməlidir”, – Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı hadisəyə münasibətini ifadə edib.

Previous Post

Aziz Mamiyev, “Musavat” Party activist arrested for 30 days

Next Post

Mahir Azimov, member of “Muslim Unity” Movement, detained

Start typing to see posts you are looking for.