Şəmşad Ağa Meydan TV-nin işi üzrə 2 ay müddətinə həbs olunub

“Arqument.az” saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) ittiham edilir  və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.

Vəkilin sözlərinə görə, məhkəmə istintaq orqanı olan Bakı Şəhər Baş Polis İdarəsinin vəsatətini təmin edib.  

“Biz istintaqın jurnalistin qaçaqmalçılığa aidiyyətini sübut edən ilkin sübutları təqdim etməsini tələb etdik. Amma məlum oldu ki, məhkəməyə ümumiyyətlə heç bir sübut təqdim olunmayıb”, deyə vəkil qeyd edib. 

Məhkəmə təhqiqatı zamanı jurnalist özünü təqsirli bilməyib, ittihamı böhtan adlandırıb və heç bir cinayətkar fəaliyyətdən söhbət gedə bilməyəcəyini qeyd edib.

Vəkilin sözlərinə görə, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Previous Post

Shamshad Aga Arrested for Two Months in the Meydan TV Case

Next Post

Despite Serious Health Problems, Court Sent Journalist Shahnaz Beylyargizi to Jail

Start typing to see you are looking for.