“Sərhədsiz reportyorlar” Azərbaycanda jurnalistlərə qarşı repressiya dalğasını dayandırmağa çağırır

[vc_row][vc_column][vc_column_text]Son iki həftədə Azərbaycanda altı jurnalist həbs olunub və bu amansız repressiv maşın dayandırılmalıdır. Bu barədə “Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatının məlumatında deyilir.
“Kanal 13”-ün aparıcısı Rüfət Muradlı polisə “tabe olmamağa” görə 30 sutka həbs edilib. Bundan öncə kanalın direktoru və “Abzas Media”nın dörd əməkdaşı həbs edilib. Bütün bunlar son iki həftədə baş verib.
Nəhayət, iki müstəqil jurnalist – Aytac Məmmədli və Şəhla Kərim dekabrın 2-də Lənkəran şəhərində bazarda reportaj hazırlanarkən saxlanılıblar. Dekabrın 4-də Lənkəranda yoldan keçənlər arasında sorğu apararkən ikinci dəfə saxlanılıblar. Polis onları casusluqda ittiham edərək dindirib, kameralarındakı görüntüləri silib.
«Biz Azərbaycan hakimiyyətinin məqsədini təsdiq edən əsl ovun şahidiyik: korrupsiyalaşmış siyasi elitanın hərəkətlərini ortaya qoyan bütün müstəqil səsləri aradan qaldırmaq. Özbaşına həbslər, zorakılıq, sübutların saxtalaşdırılması. Biz bu repressiv dalğanı pisləyirik, Avropa Şurasını rejimə öz öhdəliklərini xatırlatmağa və bütün jurnalistlərin azad olunmasına çağırırıq”, – məlumatda deyilir.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Reporters Without Borders calls to stop the wave of repression against journalists in Azerbaijan

Next Post

The court arrested activist I. Guliyev for a period of 4 months

Start typing to see you are looking for.