“Sərhədsiz Reportyorlar” Azərbaycanda jurnalistlərin son həbslərini pisləyib və onların azad edilməsini tələb edir

 “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı Azərbaycanda daha beş jurnalistin uydurma “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılmasını tənqid edib. Toplum TV Azərbaycanda jurnalistlərə qarşı repressiyaların daha bir qurbanıdır. Bu xəbər kanalının beş jurnalistini beş ildən səkkiz ilədək həbs cəzası gözləyir, bu təşkilatın bəyanatında deyilir.

“Sərhədsiz Reportyorlar”    “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə yeni həbsləri pisləyir və  korrupsiya hadisələri haqqında məlumat verən jurnalistləri dərhal azad etməyə çağırır”.

Evində guya 7200 avro tapılan və martın 8-dən həbsdə olan kanalın təsisçisi Ələsgər Məmmədlinin həbs müddəti dörd ay uzadılıb. Məmmədlinin başlanğıc mərhələdə xərçəng xəstəliyi var və jyf müntəzəm müalicəyə lazındır.

Martın 6-da polis Toplum TV kanalının redaksiyasında axtarış aparıldıgı tarixdən jurnalistlər İlkin Əmrahov və Müşfiq Cabbarov da barmaqlıqlar arxasındadırlar. Polis nəzarətinə buraxılan, polisin guya evlərində 3100 avro aşkar etdiyi Elmir Abbasovu və Fərid İsmayılovu da “xarici valyuta qaçaqmalçılığına” görə beş ildən səkkiz ilədək həbs cəzası gözləyir.

Bu, 2023-cü ilin noyabrında artıq Abzas Media-nın jurnalistlərinə qarşı istifadə olunmuş məşhur bəhanədir. Bu KİV-in nümayəndələri polisi onları həbs etmək üçün pulu qəsdən onların üzərinə qoymaqda ittiham ediblər.

“Hakimiyyətin məqsədi aydındır: vətəndaş cəmiyyətini təcrid etmək və istənilən fərqli düşüncəni boğmaq. Prezident İlham Əliyev plüralizmin bütün formalarını məhv edərək, müstəqil KİV-ləri rəsmi diskursa uyğunlaşdırır.

RSF Azərbaycanın tərəfdaşlarını ölkədə mətbuat azadlığının vəziyyətinin kəskin pisləşməsinə göz yummağa son qoymağa və müvafiq şəkildə hərəkət etməyə çağırır”, deyə SR-in Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Janna Kavelye bildirib.

Martın 6-da Toplum TV-nin redaksiyasına polis reydi Almaniyanın SWR televiziyasının KİV-in baş redaktoru Xədicə İsmayılovanın iştirakı ilə Azərbaycanın neft-qaz sektorunda korrupsiya haqqında bu reportajı yayımlamasından cəmi bir neçə saat sonra həyata keçirilib.

O, 2014-cü ildə öz araşdırmalarına görə artıq il yarımdan çox həbsdə saxlanılıb. Bu dəfə o, redaksiyada olmayıb və həbs olunmayıb, lakin bir neçə dəfə dindirilməyə çağırılıb və Azərbaycanı tərk etməsi qadağan olunub.

Polis reydindən sonra Toplum TV üçün işləyən, lakin jurnalist olmayan ən az üç nəfər həbs olunub. KİV-in direktoru Ələsgər Məmmədlinin qohumu Aydın Əliyev isə Məmmədlinin həbsinin videogörüntülərini yaydığı üçün həkim-rentgenoloq kimi işlədiyi klinikadan işdən çıxarılıb.

SWR-in reportajında Avropa İttifaqının Bakı ilə əməkdaşlıq etmək və 2027-ci ilə qədər Rusiya qazının yerinə Azərbaycan qazının satınalmalarını iki dəfə artırmaq niyyəti fonunda ölkənin neft-qaz sektorunda korrupsiyanın geniş yayılmasından, eyni zamanda, Azərbaycanın qaz sənayesinin rəhbərlərinin 2017-ci ildə avtomobilin partlaması nəticəsində həlak olan Maltalı jurnalist Dafne Karuana Qalitsiyanın qətli ilə əlaqəsi olduğundan bəhs edilir.

Toplum TV son altı ayda hakim rejimin qurbanına çevrilən sayca üçüncü müstəqil KİV-dir. Ötən ilin noyabrında Abzas Media-nın, dekabr ayında isə Kanal-13-ün bir sıra işçiləri həbs olunub.

Eyni zamanda iki digər jurnalist – Turan İnformasiya Agentliyinin və JAMNews xəbər saytının əməkdaşları həbs olunub.

Hakim dairələr böhtan kampaniyaları təşkil edir, müstəqil KİV-lərin və onları müdafiə edənlərin, xüsusən də RSF-nin ABŞ, Fransa və Qərbin təsir orqanları, “Azərbaycanofobiyanın” ifadəçiləri olduğu haqqında iddialar səsləndirirlər, deyə bəyanatda qeyd edilir.

Previous Post

Reporters Without Borders (RSF) condemns the arrests of five more journalists in Azerbaijan

Next Post

Trade union activist sentenced to 3 years in prison

Start typing to see posts you are looking for.