Saleh Rüstəmlinin müdafiəsilə bağlı aclıq aksiyası davam edir

December 15th, 2021

40 gündür aclığı davam etdirən siyasi məhbus Saleh Rüstəmovla həmrəylik aksiyası davam edir. Bu gün aksiyada 7 fəal iştirak edir.

Aksiyanın 3-cü günündə onların səhhətində pozuntular qeydə alınmayıb. Bu barədə Turan-a aksiya iştirakçısı, Xalq Cəbhəsi Partiyasının fəalı və keçmiş siyasi məhbus Məmməd İbrahim bildirib.

Onun sözlərinə görə, çoxları aksiyaya qoşulmaq istəyir. “Bu gün, dekabrın 15-də Müsavat və Xalq Cəbhəsi partiyalarının 30-a yaxın üzvü belə bir istəkdə olduğunu bildirib. Lakin aclıq edən Saleh Rüstəmlinin qohumunun mənzili bu sayda adam üçün çox kiçikdir. Odur ki, fəallar başqa yerdə aksiya keçirəcəklər”, – İbrahim deyib.