Samir Aşurovun cinayət işi məhkəməyə göndərilib

Nizami rayon polis idarəsində Almaniyadan deport olunmuş fəal Samir Aşurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Aşurov qəsdən sağlamlığa ağır zərər vurmaqda və xuliqanlıqda ittiham olunur. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş Məhəmməd Əkbərovun sədrlik etdiyi məhkəmə heyətinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 19-na təyin edilib.

* Samir Aşurov bu il martın 29-da Almaniyadan sürgün edilib, 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunub (CM-in 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). O, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.

İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi – 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri Samir Aşurovu “siyasi məhbus” kimi tanıyıblar.

Previous Post

Samir Ashurov’s criminal case sent to court

Next Post

Appeal filed against verdict of Pyunkhan Kerimli

Start typing to see posts you are looking for.