
Azadinfo.az saytının təsisçisi Mahir ələkbərov (Xəttab) hakim Yeni Azərbaycan Partiyası Binəqədi şöbəsinin sədri Ramiz Göyüşevi şantaj etdiyinə görə saxlanılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, sentyabrın 8 – də ələkbərov Göyüşova bildirib ki, əgər ona pul verməsə, barəsində pornovideo dərc edəcək. Ancaq Göyüşov imtina edib və həmin i gün video azadinfo.az saytında yayımlanıb.
Ələkbərov Göyüşovu təkrar görüşə çağıraraq, videonu götürmək üçün 2 min manat tələb edib. Pulu alarkən isə cinayət başında yaxalanıb.
Bu gün ona qarşı Cinayət Məcəlləsinin 182.1-ci maddəsilə (hədə-qorxu ilə tələb etmə) ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs edilib.
Göyüşova gəlincə, bu gün “təşkilatın nüfuzdan salınması”na görə partiyadan çıxarılıb. Ələkbərovun həbsinə baxmayaraq, video İnternetdə yayılıb.