Sevinc Vaqifqızının mənzilində axtarış aparılır

[vc_row][vc_column][vc_column_text]Saat 03.30 radələrində Sevinc Vaqifqızı evə gətirilib və vəkil Elçin Sadıqovun iştirakı ilə axtarış başlayıb.

***

Noyabrın 21-nə keçən gecə “Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanılıb.

Turan-ın müxbirinin verdiyi məlumata görə, Vaqifqızı birbaşa təyyarədən düşərkən saxlanılaraq  Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.

Bir gün əvvəl “Abzas Media”nın direktoru Ülvi Həsənli qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıb.

Vaqifqızı Azərbaycan məmurları arasında korrupsiya faktları ilə bağlı apardığı jurnalist araşdırmaları ilə tanınır.

O, əvvəllər peşə fəaliyyətinə görə məhkəmə çəkişmələrinə və digər təzyiqlərə məruz qalıb.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

A search is being conducted at Sevinj Vagifgizi’s apartment

Next Post

Committee to Protect Journalists calls for Ulvi Hasanli’s release

Start typing to see you are looking for.