Siyasi fəala məcburi qida qəbul etdirildiyi bildirilir

Siyasi fəal Laçın Vəliyev 9 gün aclııq etdikdən sonra Pentensiar Xidmətin Müalicə Müəssisəsində ona məcburi qida qəbul etdirilib. Bundan sonra o aclığı dayandırıb.

Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatından Amerikanın Səsinə bildiriblər.

Vəliyev barəsində seçilən həbs qətimkan tədbirnin müddətinin artırılmasına etiraz olaraq aclığa başlayıb. Onun barəsində həbs qətimkan tədbiri oktyabrın 15-dək uzadılıb.

Aclıq etdirkdən sonra saxlaınıldığı Bakı İstintaq Təcridxanasında onun səhhəti pisləşdiyindən Penitensiar Xidmətin Müalicə  Müəssisəsinə köçürülüb.

Penitensiar Xidmət siyasi fəalın aclıq etməsi ilə bağlı məlumata hələ münasibət bildirməyib.

Müsavat Partiyasının keçmiş üzvü, Milli Şuranın tərəfdarı Laçın Vəliyev martın 20-də saxlanılıb.

Laçın Vəliyev Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə günahlandırılır.

Vəkil Nemət Kərimli fəala istinadən bildirib ki, ondan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının əleyhinə ifadə verməsi tələb olunub.

“Buna razı olmadıqda ona qarşı ittiham irəli sürülüb. O özünü təqsirli bilmir, ifadələrindən imtina edib, ifadələrini təzyiq alıtnda verdiyini deyib. Laçın Vəliyev vəkili vasitəsi ilə Sabunçu rayon Prokurorluğuna və Sabunçu rayon Polis İdarəsinə şikayət göndərib,” vəkil qeyd edib.

Rəsmi qurumlar Laçın Vəliyevin həbsi ilə bağlı məlumat yaymayıb. Təzyiqlərə gəlincə, hüquq mühafizə orqanları saxlanılan şəxslərə təzyiq olunması ilə bağlı yayılan məlumatları bir qayda olaraq təkzib edir və böhtan sayır.

“Laçın Vəliyev əvvəlcə dələduzluq maddəsi ilə həbs edilib. Daha sonra qəfil ittihamı dəyişərək, narkobarona çeviriblər. Laçın bəyi ötən aylar ərzində bir neçə dəfə saxlayıblar, fiziki zorakılığa məruz qoyublar. Konkret olaraq AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanova qarşı ifadə almaq tələb olunub. Laçın bəy bu tələblərdən imtina etdiyinə görə cəzalandırılıb,” Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib

Bir sıra hüquq müdafiə təşkilatları da Laçın Vəliyevin həbsini pisləyən bəyanatlarla çıxış edib.

Laçın Vəliyev aprelin 14-də Bakı Apellyasiya Məhkəməsinin binasında Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.

O məhkəmədə bildirib ki, işgəncələrə məruz qalıb, AXCP fəalı Bəxtiyar İmanovun əleyhinə ifadə verməsi tələb edilib. Buna baxmayaraq o, istintaqın tələb etdiyi ifadəni verməyib.

“Əksinə Bəxtiyar İmanov aksiya zamanı mənə dedi ki, azyaşlı ilə aksiyaya gəlibsən, bu səbəbdən evə get,” o qeyd edib.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Həmin gün gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.

Təqsirləndirilən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Qalanları isə bitərəflərdir.

Previous Post

Parents of the “Tovuz case” defendants tried to block the Parliamentary Avenue

Next Post

Fəal etiraz aksiyasında iştiraka görə işdən çıxarılıb

Start typing to see you are looking for.