Sosial şəbəkələrdə Saleh Rüstəmova dəstək kampaniyası genişlənir

November 24th, 2021

Gədəbəy rayonunun keçmiş icra başçısı, Qarabağ müharibəsi qazisi Saleh Rüstəmov artıq 19 gündür ki, aclıq aksiyası edir. Saleh Rüstəmovun oğlu və vəkili onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Sosial şəbəkələrdə bir qrup gənc #FreeSalehRustemov heşteqi altında Azərbaycan prezidenti İlham Əliyevə Rüstəmovu azad etmək çağırışı ilə kampaniya başladıb. Gənclər videomüraciətlə çıxış edir, fotoşəkillər yayır və məhbusu azad etməyə çağırırlar.

* Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.