Tbilisi məhkəməsi Əfqan Sadıqovu iki ay müddətinə həbs edib.

Avqustun 4-də Tbilisi məhkəməsi Azel.Tv saytının rəhbəri Əfqan Sadıqova qarşı 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə Turan agentliyinə jurnalistun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.

Onun sözlərinə görə, məhkəmə Azərbaycanda Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırıldığını bildirib.

“İyun ayında Bakıda Asan Xidmətə həyat yoldaşıma qarşı cinayət və ya məhkəmə işinin olub-olmaması, axtarışda olub-olmaması ilə bağlı sorğu göndərdim. Sorğuya verilən cavabda sadəcə onun barəsində məhkumluğun olduği göstərilib”, Sadıqova bildirib.

O hesab edir ki, həyat yoldaşına qarşı cinayət işi saxtadır. Sadıqova bildirib ki, həbs qərarından apellyasiya şikayəti veriləcək.

Previous Post

Tbilisi court arrested Afgan Sadygov for two months.

Next Post

Iqbal Abilov claimed his innocence

Start typing to see you are looking for.