Tofiq Yaqublu aclıq aksiyasına başlayıb

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun inzibati həbslə bağlı şikayətini təmin etməyib.

Bu barədə siyasətçinin qızı Nigar Həzi facebook səhifəsində bildirib.

“Tofiq Yaqublu İnzibati həbs olunanların saxlanma məntəqəsində ona  ailə görüşlərinin verilməməsinə, sovqatların qəbul edilməməsinə  və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdi.

Onu qeyd edim ki, Tofiq Yaqublu verdiyi qərarlarda çox prinsipial olduğunu dəfələrlə sübut edib. Eyni zamanda öd kisəsi əməliyyat zamanı götürülüb. İndiki aclıq artıq əvvəlkilər kimi olmayacaq. Səhhətində gün keçdikcə geridönməz hallar baş verəcək”, – Həzi daha sonra qeyd edib.

Yaqyblunun başına gələcək hər şeyə görə, ölkə və DİN rəhbərliyi məsuliyyət daşıyır, yazaraq Həzi vurğulayıb.

Xatırladaq ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə keçirilən etiraz aksiyasında saxlanılıb.

Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

Previous Post

Tofig Yagublu goes on hunger strike

Next Post

Prosecutor proposed to sentence former political emigrant to 7.5 years of imprisonment

Start typing to see posts you are looking for.