Tofiq Yaqublu prokurorluqda ifadə verib

Müxalifətyönlü siyasətçi Tofiq Yaqublu dekabrın 1-də polis tərəfindən amansızcasına döyülməsilə əlaqədar cümə günü Səbayel Rayon Prokurorluğunda 4,5 saat ifadə verib.

Xatırladaq ki, o, fəal Saleh Rüstəmlini müdafiə aksiyası zamanı Fəvvarələr Meydanında saxlanılıb.

Səbayel polisinin 39-cu bölməsində və onu Bakının kənarına aparıb Ələt qəsəbəsi yanında endirdikləri avtomobildə ağır döyülmələrdən sonra axşam buraxıblar.

Vəkil Nemət Kərimli Turan-a bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi hələlik başlanmayıb, araşdırma aparılır.

Yaqublu özü bildirib ki, obyektiv araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına inanmır. O, işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir.

Yaqublu ifadə verdikdən sonra tibbi ekspertizaya göndərilib. Sonra onun iştirakı ilə “hadisə yeri”nə baxış təyin edilib.

Previous Post

Council of Europe calls on Azerbaijan to ensure freedom of assembly

Next Post

Tofig Yagublu testified at the prosecutor’s office

Start typing to see posts you are looking for.