Tofiq Yaqublunun həbsindən şikayət veriləcək

Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun inzibati qaydada həbsindən apellyasiya şikayəti veriləcək. Bu barədə bazar ertəsi Turan-a vəkil Nemət Kərimli bildirib. Bu gün o, Binəqədidə inzibati həbs olunanların saxlanma məntəqəsindəYaqubluya baş çəkib.

Yaqublu saxlanma şəraitindən şikayət etməyib. “Ona verilən kitabları da problemsiz buraxıblar”, – vəkil deyib.

Xatırladaq ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə keçirilən etiraz aksiyasında saxlanılıb.

Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

Previous Post

Arrest of Tofig Yagublu to be appealed

Next Post

Rights of Tofig Yagublu in Binagadi Detention Center are Violated

Start typing to see posts you are looking for.