Tofiq Yaqublunun ölkədən çıxmasına yenə icazə verilməyib

Azərbaycan Ali Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun kassasiya şikayətini təmin etməyib.

Şərti olaraq mühakimə edilmiş Yaqublu 2021-ci ilin yayında ölmək üzrə olan anası ilə vidalaşmaq üçün Gürcüstana getməsinə icazə verilməsini xahiş edib. Suraxanı rayon məhkəməsi işə baxarkən qadın vəfat edib. Bu zaman Yaqublu dəfndə iştirak üçün getməsinə icazə verilməsini istəyib. Amma ona icazə verilməyib. Yaqublu Bakı Apellyasiya Məhkəməsinə şikayət verib, yenə imtina cavabı alıb. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, qeyd edilən qərarı qüvvədə saxlayıb.

“Bu ölkədə məhkəmə yoxdur. Sadəcə olaraq, bir ailəyə xidmət edən qrup var, hakimlər isə bu sistemin qullarıdır”, deyə Yaqublu məhkəmədə bildirib.

Vəkil Aqil Lahıc məhkəmədən Yaqublunun heç olmasa anasının məzarını ziyarət etməsinə icazə verilməsini xahiş edib. Onun sözlərinə görə, Yaqublu AİHM-yə müraciət edəcək.

* Yaqublu 2020-ci ilin martında saxta xuliqanlıq ittihamı ilə həbs edilib. 

2020-ci il sentyabrın 3-də Nizami Rayon Məhkəməsi onu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Uzunmüddətli aclıq aksiyasından sonra sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi onun barəsində qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. İyulun 15-də Bakı Apellyasiya Məhkəməsi azadlıqdan məhrumetmə cəzasını şərti cəza ilə əvəz edib.

Previous Post

Tofig Yagublu again refused to leave the country

Next Post

After a seven-day of  hunger strike, Rashad Ramazanov’s health worsened

Start typing to see posts you are looking for.