Tofiq Yaqublunun vəkillə konfidensial ünsiyyət hüququ pozulub

İnzibati həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya saxlanıldığı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olununlanların Saxlanma Məntəqəsində öz vəkili Bəhruz Bayramovla konfidensial görüşə imkan yaradılmadığı bildirilir.

Bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat verib. 

Onun sözlərinə görə, yanvarın 3-də vəkil T.Yaqublunun Bəhruz Bayramovla görüş zamanı polis əməkdaşı otaqda onların yanında duraraq konfidensial görüşlərinə mane olub. “Bu orada böyük gərginliyə səbəb olub. Tofiq Yaqublunun haqqsız, günahsız yerə həbs etməkləri azmış kimi hələ təcridxanada da ona rahatlıq verilmir. Təcridxanada baş verən kobud qanun pozuntusuyla bağlı məhkəməyə müraciət ediləcək”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. 

Xatırladaq ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə keçirilən etiraz aksiyasında saxlanılıb.

Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

Previous Post

Tofig Yagublu’s rights to confidential communication with a lawyer were violated

Next Post

Tofig Yagublu goes on hunger strike

Start typing to see posts you are looking for.