Toplum TV işinin fiqurantlarına irəli sürülən ittihamlar ağırlaşdırılıb

Tolum TV nəşrinin işi üzrə təqsirləndirilən şəxslər (jurnalistlər və fəallar) barəsində ibtidai istintaq başa çatmaq üzrədir. Bu barədə Rəsul Cəfərov – Demokratik Təşəbbüslər İnstitutunun Ruslan İzzətlinin vəkili bildirib.

İstintaqın yekunlarına görə işin fiqurantları barəsində ittihamlar ağırlaşdırılıb. Belə ki, daha əvvəl onlar Azərbaycan CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurdularsa, indi daha 6 maddədə nəzərdə tutulmuş əməllərdə ittiham olunurlar:

162-1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə);

192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə);

193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə);

193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə);

206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə);  

213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə).

Bu ittihamlar Abzas Media nəşrinin jurnalistlərinə qarşı irəli sürülmüş ittihamları təkrar edir.

Yeni olan Toplum TV işinin fiqurantlarına qarşı 162.1-ci maddə ilə daha bir ittihamın irəli sürülməsidir.

Qeyd edək ki, əvvəlki ittihamlarla işin fiqurantlarını 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, indi maksimum azadlıqdan məhrumetmə cəzası 12 ilə çata bilər.

* Xatırladaq ki, 6-8 mart 2024-cü il tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın – Demokratik Təşəbbüslər İnstitutunun 9 jurnalisti saxlanılıb. Yeddi nəfər 4 ay müddətinə ibtidai həbsə məhkum edilib, iki nəfər isə polis nəzarətinə verilib.

Previous Post

Accusations against the Toplum TV Case Defendants Aggravated

Next Post

Court Denies House Arrest for Aynur Elgünesh and Natig Djavadly

Start typing to see you are looking for.