Vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək, Bakının Binəqədi Rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Vəkil Elçin Sadıqov da eyni müddətə həbs edilib.

Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqov isə 32.5, 311 (rüşvət almaya köməkçilik etmək).

Onların vəkillərinin sözlərinə görə, prokurorluq cinayət təqibini  KİV-də yayılan məlumatlar əsasında başlayıb və işdə konkret şikayətçi yoxdur.

Sadıqov və Zeynallı ittihamları rədd edir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Hər ikisi cinayət işini uydurma hesab edərək istintaqa ifadə verməkdən imtina ediblər.

Məhkəmə qərarlarından apelyasiya şikayətləri veriləcək.

Previous Post

Lawyer Elchin Sadigov and journalist Avaz Zeynalli were arrested for the investigation period

Next Post

CPJ called for release of Avaz Zeynally and Elchin Sadygov

Start typing to see posts you are looking for.