Vəkil Saleh Rüstəmovun azad edilməsinin hüquqi mexanizmlərini açıqlayıb

Bu gün vəkil Bəhruz Bayramov Penitensiar Xidmətin müalicə müəssisəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov ilə görüşüb. Saleh Rüstəmov həbsdən azad edilməsi tələbilə 14 gündür ki, aclıq edir.

Vəkil Turan-a bildirib ki, Rüstəmovun vəziyyəti gündən-günə pisləşir.

Onun sözlərinə görə, Rüstəmov görüşə çətinliklə yeriyərək gəlib.

“Saleh Rüstəmovun üzü tamamilə solğun idi. Onu güclə eşitmək olurdu. Artıq qarışıq danışır, yaddaş problemi var. İstənilən an komaya düşə bilər. Bununla belə, sona qədər aclığı davam etdirmək niyyətindədir”, – Bayramov deyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə Rüstəmov ya prezident əfvi, ya da Ali Məhkəmənin Plenumunun qərarı ilə azad edilə bilər.

“Mən artıq Plenuma müraciət etmişəm ki, yeni yaranmış hallarla bağlı işə yenidən baxılsın. Hökmdə bildirilir ki, Rüstəmov Rusiyadan Azərbaycana 424 min dollar məbləğində vəsait göndərib. Lakin biz banklardan sənədlər aldıq ki, onun indiyədək banklara 30 min dollar həcmində kredit borcu var. Əgər  belə vəsaiti olsaydı, ilk növbədə öz borclarını ödəyərdi. Onun heç bir qeyri-yaşayış sahələri, obyektləri olmayıb. Yəni, o, heç cür buraya 424 min dolları göndərə bilməzdi”, – Bayramov deyib.

* Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və ” Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq keçirir.

Previous Post

The public campaign in protection of Saleh Rustamov is expanding

Next Post

The lawyer named the legal mechanisms for the release of Saleh Rustamov

Start typing to see posts you are looking for.