Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi davam edib

Çərşənbə günü Bakı Apellyasiya Məhkəməsində Gəncə şəhər merinə sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərovun və bu cinayətdə əli olan digər 11 nəfərin işi üzrə proses davam edib. Prosesə Mirzəli Abbasov sədrlik edib.

Səfərovun özü istisna olmaqla, digər müttəhimlər və vəkillər prosesdə çıxış ediblər. Müdafiə tərəfi həmin şəxslərin günahsız olduğunu bildirib və onlara bəraət verilməsini xahiş edib.

Bundan öncə Səfərov bildirmişdi ki, Gəncə şəhərinin meri Elmar Vəliyevin özbaşınalığı və yerli sakinlərlə kobud rəftarı ilə əlaqədar sui-qəsd hazırlayıb və özü də törədib.

Apellyasiya Məhkəməsinin qərarı martın 30-da elan ediləcək.

*3 iyul 2018-ci il tarixində Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

İyulun 10-da Gəncə şəhər administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq azad edilib.

Yunis Səfərov və  digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb. Həmin il avqustun 16-da məhkəmə Səfərovu ömürlük, digər müttəhimləri isə 18 ildən 20 ilədək azadlıqdan məhrum edib.

Hökm Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra qanuni qüvvəyə minəcək.

Previous Post

CPJ calls on Ilham Aliyev to repeal media law and release journalists from prisons

Next Post

The trial in the case of Yunis Safarov and 11 other people continued

Start typing to see you are looking for.