“Toplum” TV-nin əməkdaşı paytaxt polisində dindirilib

[vc_row][vc_column][vc_column_text]Cümə axşamı “Toplum” TV onlayn platformasının əməkdaşı Gülyetər Mahmudova “Toplum TV” işilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində üç saat dindirilib.

Vəkil Akif Əliyev jurnalistlərə bildirib ki, dindirmə jurnalistin telefonundakı məlumatlar əsasında aparılıb.

«Dindirmə üç saatdan çox oldu. Heç bir təsir və təzyiq olmadı, Mahmudovanın telefonu götürüldü. Telefonundakılarla bağlı suallar verirdilər. Telefon parolları onlarda var idi. Onlar Votsap yazışmalarına baxdılar”¸ – vəkil qeyd edib.

Mahmudova özü də çağırışın  telefonundakı məlumatlarla əlaqəli olduğunu təsdiqləyib. “Ümumi suallar verdilər”, – o  deyib, istintaqın sirrilə əlaqədar ətraflı şərh verməkdən çəkinib.

Ancaq telefonu qaytarmayıblar.

*Martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib,  iki nəfər polis nəzarətinə verilib.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

An employee of “Toplum TV” questioned by the metropolitan police

Next Post

Bakhtiar Hajiyev accused Ulvia Alovla of giving false testimony

Start typing to see you are looking for.