AXCP fəalı Niyaməddin Əhmədov quru aclığa başlayıb

Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Niyaməddin Əhmədov Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq elan edib. Bu barədə onun ailə üzvləri məlumat verib.

O, aclığa hələ sentyabrın 22-də, məhkəmə prosesində prokuror onun 15 il müddətinə həbs edilməsini istədiyi zaman başlayıb.

Beş gün əvvəl o, sudan da imtina edib. Yaxınlarının sözlrəinə görə, onun vəziyyəti ağırdır və telefonla danışmaq üçün onu əlil arabası ilə gətirirlər.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Niyaməddin Əhmədov Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin mühafizəçisidir. O, 2020-ci il aprelin 15-də saxlanılıb. Ertəsi gün məhkəmə onu karantin rejimini pozma və polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə həbs edib. Sonradan o, yeni maddə ilə – terrorçuluğu maliyyələşdirməkdə ittiham olunub və məhkəməyə verilib. İstintaq dövründə ona partiya liderinin əleyhinə ifadə verməsi üçün işgəncə ediblər, amma o, bu işgəncələr qarşısında möhkəm dayanıb.

Previous Post

PPFA member arrested for 15 days

Next Post

PPFA activist Niyameddin Akhmedov started a dry hunger strike

Start typing to see posts you are looking for.