AXCP fəalı polis bölməsində döyülüb

[vc_row][vc_column][vc_column_text]Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Elnur Həsənov fiziki təzyiqə məruz qalıb.
AXCP-dən Turan-a verilən məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan Həsənov yanvarın 25-də Bakının Xətai Rayon Polis İdarəsinə aparılıb.
“Orada 4 polis əməkdaşı onu səbəbsiz olaraq döyüb. Növbəti gün o, İstintaq Təcridxanasına qaytarılıb”, deyə AXCP-dən bildiriblər.
Vəkil Nemət Kərimli bildirib ki, müdafiə tərəfi prokurorluğa şikayət verəcək. DİN-dən şərh almaq mümkün olmayıb.
Həsənov noyabrın 28-də qanunsuz narkotik dövriyyəsi (CM-in 234.4.3-cü mad.) ittihamı ilə həbs olunub. O, ittihamı təkzib edir və hesab edir ki, həbsinin əsl səbəbi yol polisinin hərəkətlərini tənqid etməsidir.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

PPFA activist beaten in police custody

Next Post

AZEX calls on OSCE/ODIHR not to allow their platform to be used as a whitewashing tool for undemocratic elections in Azerbaijan

Start typing to see you are looking for.