AXCP sədrinin mühafizəçisinin məhkəməsi davam etdirilib

Bu gün, avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Vəkil Zibeydə Sadıqova təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması üçün vəsatət verib. Sədrlik edən hakim vəsatəti təmin etməyib.

Vəkil bildirib ki, Niyaməddin Əhmədova məhkəmə telefon danışığına qadağa olmadığını bildirsə də, təcridxanada onun ailə üzvləri ilə telefonla danışmağına icazə verilmir.

Növbətə məhkəmə iclası avqustun 27-nə təyin edilib.

Niyaməddin Əhmədov ötən ilin aprelində karantin qaydalarını pozma ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs kəsilib. İnzibati həbs başa çatandan sonra Əhmədova qarşı Cinayət Məcəlləsinin (214. 1 – terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Bu ittihamda 14 ilədək həbs cəzası nəzərdə tutulur. Azərbaycan Xalq Cəbhəsi Partiyası Niyaməddin Əhmədovun həbsini siyasi hesab edir.

Previous Post

The oppositionist complains of arbitrariness and corruption in the colony, the penitentiary service rebuts

Next Post

Start typing to see posts you are looking for.