Azərbaycan Xalq Cəbhəsi Partiyasının təcridxanaya köçürüləcək

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətov avqustun13-də  Şüvəlan qəsəbəsindəki 3 saylı istintaq təcridxanasına köçürüləcək. Bu barədə Turan-a onun xanımı Aygün Hümbətova bildirib.

“Aqili Xəzər Rayon Polis İdarəsində saxlayırlar. Dünən ona paltar və yemək apardım. Özü ilə görüşə imkan vermədilər. Müstəniq ilə görüşdüm. Dedi ki, Aqil “konkret cinayət əməli”nə görə saxlanılıb. Bu gün onu Şüvəlan təcridxanasına göndərəcəklər” , Hümbətova qeyd edib.

Bundan öncə Daxili İşlər Naziyliynin mətbuat xidməti bildirib ki, Aqil Hümbətov avqustun 11-də Zirə qəsəbəsində şəxsi münaqişə zəminində qəsəbə sakini Yamən Məmmədova bıçaq xəsarətləri yetirdiyinə görə saxlanılıb.

Lakin Hümbətovun xanımı onun kiməsə xəsarət yetirməsinə inanmır. O qeyd edib ki, həyat yoldaşı əvvəllər də şərlənərək həbs edilib. Belə ki, ötən il bir qadının yalançı şahidliyinə görə Aqili psixiatriya xəstəxanasına yerləşdiriblər.  

Aqil Hümbətov iqtidarın tənqidçisi kimi tanınır. Ötən il Azərbaycan rəhbərliyinin ünvanına tənqidi videoçarx ilə əlaqədar  iki dəfə psixiatriya xəstəxanasına yerləşdirilib.  2019-cu il martında analoji videonun yayılmasına görə onu 30 sutka inzibati həbsə məhkum ediblər.

Previous Post

Two “journalists” – racketeers detained

Next Post

The PPFA activist to be transferred to pre-trial detention center

Start typing to see posts you are looking for.