Jurnalistin iş materialları məhkəmə dəftərxanasında saxlanılır

398327_525389854153700_112437647_n

 Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin cinayət işi üzrə  iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinin dəftərxanasında saxlanılır. Bu barədə bu gün (17 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

“İşə  Bakı Ağır Cinayətlər Məhkəməsində hansı hakimin baxacağı bilinmir. Mən Bakı Ağır Cinayətlər Məhkəməsi ilə əlaqə saxladım və mənə bildirdilər ki, iş hələ dəftərxanadadır və hansısa hakimə verilməyib. Məhkəmə sədri işə hansı hakimin baxacağını hələ təyin etməyib”,-deyə vəkil qeyd edib.

Vəkil Elçin Sadıqov jurnalistlə görüşə bilmədiyini və onların ünsiyyət saxlamaq hüquqlarının pozulduğunu və yalnız hakim təyin ediləndən sonra vəkilin Pərviz Həşimli ilə görüşə biləcəyini  də  sözlərinə əlavə edib.

Xatırladaq ki,  Pərviz  Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstitaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi   Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin  daha 3 ay uzadılması barədə qərar verib.

Previous Post

Start of journalist’s trial is unnecessarily delayed

Next Post

European Court upholds chief editor’s case against Azerbaijan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.