Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin cinayət işi üzrə iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinin dəftərxanasında saxlanılır. Bu barədə bu gün (17 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
“İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hansı hakimin baxacağı bilinmir. Mən Bakı Ağır Cinayətlər Məhkəməsi ilə əlaqə saxladım və mənə bildirdilər ki, iş hələ dəftərxanadadır və hansısa hakimə verilməyib. Məhkəmə sədri işə hansı hakimin baxacağını hələ təyin etməyib”,-deyə vəkil qeyd edib.
Vəkil Elçin Sadıqov jurnalistlə görüşə bilmədiyini və onların ünsiyyət saxlamaq hüquqlarının pozulduğunu və yalnız hakim təyin ediləndən sonra vəkilin Pərviz Həşimli ilə görüşə biləcəyini də sözlərinə əlavə edib.
Xatırladaq ki, Pərviz Həşimli