Müxalifətçi həbsdə aclığı dayandırıb

Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayev (Əlizamin Salayev) avqustun 6-da axşam aclığı dayandırıb. Bu barədə Turan-a onun oğlu Oqtay Salayev bildirib.

Onun sözlərinə görə, cümə günü koloniya rəhbərliyi fəalı dəvət edib və dinləyib.

“Atamı əmin ediblər ki, onun səhhəti nəzarət altına alınıb və o, koloniyanın sanitar hissəsinə və Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüləcək. Bundan sonra atam aclığı dayandırıb”, – Oqtay  Salayev deyib.

Gəncin sözlərinə görə, yaxın günlərdə vədlər yerinə yetirilməsə atası alcığa yenidən başlayacaq.

O xatırladıb ki, fəal ürək çatışmazlığından, hipertoniyadan əziyyət çəkir, qaraciyəri böyüyüb və isti onun vəziyyətini daha da ağırlaşdırıb. Onun stasionar müalicəsindən imtina ediblər. Bu səbəbdən 4 gün öncə Salayev aclıq elan edib.

* Əlizamin Salayev 20 aprel 2020-ci ildə Salyan Rayon Məhkəməsi tərəfindən mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir”də ittiham olunub.    İddiaya Salayevin İnternetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbətində onu 21 yaşlı yerli sakini birgə yaşamağa təhrik etməkdə günahlandırıb.

Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Previous Post

The court denied early release to the oppositionist

Next Post

The oppositionist stopped his hunger strike in custody

Start typing to see posts you are looking for.