Tbilisidə azərbaycanlı müxalifətyönlü blogerin cəsədi tapılıb

İyulun 29-da Tbilisidə azərbaycanlı bloger Hüseyn Bakıxanovun cəsədi tapılıb. O, Azərbaycan hakimiyyətini tənqid edirdi və Gürcüstanda siyasi sığınacaq axtarırdı.

Hüseyn Bakixanov

Bakıxanovun cəsədi meyiti yaşadığı mənzildə tapılıb. Mərhumun tanışları onun yüksəklikdən düşdüyünü deyiblər. Onlar hesab edirlər ki, Bakıxanovu hündür binadan atıb, sonra isə cəsədi mənzilə gətirə bilərlər.

Almaniyada siyasi mühacirətdə olan jurnalist əfqan Muxtarlının Facebook-da yazdığı kimi, Bakıxanov mayın 7-də Bakıda etiraz aksiyası zamanı saxlanılıb. “Onu 15 sutka azadlıqdan məhrum ediblər. Azad edildikdən sonra jurnalistlərə bildirib ki, işgəncələrə məruz qalıb.

Həmçinin deyib ona təcavüz olunacağı ilə təhdid edilib. Tbilisidə olduğu müddətdə öz kanalında Azərbaycan hökumətini, Azərbaycan KİV-i daim tənqid edib”, – Muxtarlı qeyd edib.

Muxtarlının sözlərinə görə, iyulun 12-də Tbilisidə bir qrup azərbaycanlı Bakıxanovu döyüb.

Hüseyn polisə və tibbi  müayinə üçün müraciət edib. “Lakin tibbi müayinədən imtina ediblər. Bir həftə Hüseyndən xəbər olmayıb “, – Muxtarlı yazıb.

Bundan öncə Bakıxanov Youtube kanalında videomüraciət yerləşdirib (Youtube Ex Muslim Tabasaran) “Bu gün 12 iyul 2021-ci il. Mən Tbilisidəyəm. Mənə beş nəfər hücum etdi. Mən Hüseyn Bakıxanovam. Azərbaycandan qaçqınam. Bu gün dəqiq deyə bilmərəm ki, Azərbaycan hökuməti təşkil edib ya yox (bu hücumu), amma bu, istisna deyil”, – videomüraciətdə deyilir.

By TURAN

Previous Post

Tofig Yagublu denied permission to participate in his mother’s death feast

Next Post

Opposition Azerbaijani blogger found dead in Tbilisi

Start typing to see posts you are looking for.