Vəkil müvəkkilinin taleyinə görə narahatdır

Azərbaycanda vəkil Nemət Kərimli müvəkkili Məlik Rzayevin taleyinə görə narahatdır, belə ki, vəkil həbsdə olan şəxsin yanına buraxılmır. 

Rzayev son illər Almaniyada yaşayıb və orada Azərbaycandakı siyasi məhbusların müdafiəsinə həsr olunmuş aksiyalarda iştirak edib. Bu ilin iyununda o, deportasiya olunub, oktyabrın sonlarında isə böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

Vəkil Nemət Kərimlinin Turan-a verdiyi məlumata görə, o, noyabrın 1-də Rzayevin müdafiəsinə qoşulub.

“Elə həmin gün mən Rzayevin işini araşdıran müstəntiqə order təqdim etdim ki, o, müvəkkilimlə görüş üçün mənə məktub versin”, deyə Kərimli bildirib.

Amma bunun adi prosedur olmasına baxmayaraq, məktub ona yalnız noyabrın 3-də verilib.

Noyabrın 4-də vəkil Şüvəlan İstintaq Təcridxanasına göndərilib.

Amma orada ona bildiriblər ki, Rzayev Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına (MST) aparılıb.

Noyabrın 5-də Sumqayıt MST-də vəkilə bildiriblər ki, Rzayev Şüvəlan İstintaq Təcridxanasına qaytarılıb.

Vəkil oraya müraciət etdikdə isə bu dəfə ona Rzayevin yenidən Sumqayıt polis idarəsinə aparıldığını deyiblər.

Vəkil qeyd edib ki, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxs istintaq təcridxanasından yalnız müstəntiqin vəsatəti əsasında və ya prokurorun qərarı ilə hara isə aparıla bilər.

Vəkilə bu qərarlar və müvəkkilinin yerinin dəyişdirilməsinin məqsədləri haqqında məlumat verilmirsə və onunla görüş verilmirsə, bu, qanun pozuntusudur, Kərimli belə hesab edir.

Kərimli qeyd edib ki, Rzayevin taleyinə görə narahatdır.

Belə ki, daha əvvəl onun, demək olar ki, Rzayevlə eyni vaxtda həbs edilmiş və Almaniyadan deportasiya olunmuş digər müvəkkili Mütəllim Orucov saxlanıldıqdan sonra işgəncələrə məruz qaldığından şikayət edib.

Previous Post

Discussion of the “Terter case” in PACE

Next Post

Lawyer is concerned for his clients’ fate

Start typing to see posts you are looking for.