Əfv srərəncamı ilə  ilə 20-dən çox siyasi məhbus azadlığa çıxır

Azərbaycan prezidenti İlham Əliyev bugün, mayın 27-də məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 168 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Habelə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 36 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Onlardan başqa, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad edilib.

Həmçinin,azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Sərəncam bütünlükdə 213 şəxsə şamil edilib.

Azadlığa çıxanlar arasında siyasi məhbus sayılan şəxslər də var.

Onlardan biri Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, çirkli pulların yuyulmasında ittiham edilərək 7 il 3 ay həbs cəzası alan Saleh Rüstəmlidir.

O, ötən ilin sonlarına doğru həbsinin qanunsuz olduğunu bildirərək 40 gündən çox aclıq aksiyası keçirmişdi.

Habelə hədələmə yolu ilə pul tələb etməkdə günahlandırılaraq 7 il ( sonra 6 ilə endirilib) həbs edilən Azel.TV saytının rəhbəri Əfqan Sadıqov da azadığıa çıxıb.

Siyasi məhbus siyahılarında yer alan və bu əfv sərəncamına düşən daha bir şəxs isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin sürücüsü Paşa Umudovdur. Ona isə narkotik ittihamı ilə 4 il 6 ay həbs cəzası verilmişdi.

Bundan başqa, əfv olunanlar arasında Gəncə işi üzrə məhkum olunan  şəxslər də var, o cümlədən: Vüqar Allahverdiyev, Seymur Əliyev, Tural Bayramov, Nizami Əkbərov, Maarif Hacıyev, Ruslan Həsənov, Yavər İsmayılzadə, Kamal Məhərrəmov, Kamal Quliyev, Elman Rüstəmov, Əli Rzayev, Şahlar Rzayev, Qənbər Qarazadə, Zabil Məmmədov, Raul Süleymanov, Toğrul Verdiyev, Asif Cavadov, Orxan Yağnəliyev və Vaqif Əşrəfov.

Bununla yanaşı əfv olunan şəxslərin sırasında Cinayət Məcəlləsinin 18 maddəsi ilə ittiham olunan, MTN-çi Monitorinq Mərkəzinin keçmiş rəisi general-mayor Teymur Quliyev və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş işçisi, polkovnik Səlim Məmmədov da var.

Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov fikrincə,

əvvəlki ənənəvi əfvlər kimi bu dəfə də həbsdə olan bütün siyasi məhbusların hamısı azadlığa buraxılmayıb. O deyib:  “Əlbəttə ki, bir neçə siyasi məhbusun – Saleh Rüstəmovun, Paşa Umudovun, Əfqan Sadıqovun və 23 il Qobustan həbsxanasında keçmiş baş prokuror Zakir Qaralovun hikkəsinə görə həbsdə qalan Şəmsi Səmədzadə barəsində əfv sərəncamının tədbiqini alqışlayırıq”. 

Azərbaycanda 100-dən çox siyasi məhbus var, deyə Səfərov davam edib. “Könül istərdi ki, yerli və beynəlxalq hüquq müdafiə təşkilatların ortaya qoyduğu siyahılarda olanların hamısı azadlığa buraxılsın”,  – Səfərov fiktini tamalayıb.

Previous Post

The majority of political prisoners were not pardoned again

Next Post

APF activist detained in Ganja

Start typing to see posts you are looking for.