Əvəz Zeynallı DTX-dən Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürülüb

Xural TV YouTube kanalının rəhbəri Əvəz Zeynallı yanvarın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasına köçürülüb. Bu gün onun həyat yoldaşı Məlahət Qisuri ilə görüşünə icazə verilib. Bu, Zeynallının həbsindən etibarən 5 ay ərzində ailə üzvü ilə ilk görüşü olub.

“Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürüldükdən sonra Əvəzin vəziyyəti yaxşılaşıb, o, tibbi müayinədən keçirilib, onun görmə problemi kəskinləşib. Katarakt əməliyyatı olunmalıdır, biz əməliyyat üçün müraciət edəcəyik”, deyə həyat yoldaşı bildirib. 

* Vəkil Elçin Sadıqov və “Xural TV” saytının təsisçisi Əvəz Zeynallı sentyabrın 10-da rüşvət alma ittihamı ilə saxlanılıblar, sentyabrın 11-də isə hər ikisi həbs olunub.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Sonradan Zeynallıya qarşı CM-in 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfiz alveri)) maddəsi ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Zeynallının həbs müddəti 3 ay uzadılıb.

Previous Post

Avaz Zeynalli was transferred from the State Security Service to the pre-trial detention center of the Penitentiary Service

Next Post

The court acquitted Gultekin Hajibayli

Start typing to see posts you are looking for.