Əvəz Zeynallının işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynalov və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu barədə martın 15-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynalovun ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Əvəz Zeynalov və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Zeynallı və Şükürov bu ilin sentyabrında həbs edilib.

Dekabrın 29-da Zeynallının həbs müddəti 3 ay uzadılıb.

Previous Post

Case of Avaz Zeynally sent to Baku Grave Crimes Court

Next Post

The defense of the NIDA activist does not agree with the amount of compensation awarded for illegal arrest

Start typing to see posts you are looking for.