AXCP üzvü 15 gün müddətinə həbs edilib

Xalq Cəbhəsi Partiyasının fəalı Ceyhun Rzayev inzibati qaydada həbs edilib. Bu barədə AXCP-dən bildiriblər.

Həbsin səbəbi onun Mingəçevir şəhərində blogerlər Elçin Həsənzadə və Ceyhun Rzayevin həbsdən azad edilməsi tələbi ilə təkbaşına piket keçirməsidir.

Oktyabrın 4-də axşam o, Mingəçevir İcra Hakimiyyəti başçısının avtomobilinin ön şüşəsinə həbs edilən şəxslərin fotoşəklini qoyub, bundan sonra polis tərəfindən saxlanılıb, şəhər məhkəməsi isə onu həbs edib.

Amma Mingəçevir İcra Hakimiyyətindən Turan-a bildiriblər ki, belə bir fakt olmayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Turan-a bildirib ki, “vətəndaş Ceyhun Rzayev Mingəçevir şəhəri ərazisində ictimai qaydanın pozulmasına yönələn hərəkətlərə yol verdiyi üçün o, polis əməkdaşları tərəfindən intizama dəvət edilib. “Lakin həmin şəxs polisin qanuni tələbinə məhəl qoymayıb və hərəkətlərini davam etdirib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 ( Xırda xuliqanlıq) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub, baxılması üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə C.Rzayev 15 gün müddətinə inzibati qaydada həbs olunub”.

Previous Post

“Line of defense” on violations of citizens’ rights in September

Next Post

PPFA member arrested for 15 days

Start typing to see posts you are looking for.