AİHM 6 azərbaycanlı fəalın hüquqlarının pozulduğunu təsdiq edib

Oktyabrın 6-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan olan işlər üzrə iki qərarı açıqlayıb.

Onlardan birində ərizəçilər “Xural” qəzeti və onun təsisçisi Əvəz Zeynallı idi. Ərizəçilər AİHM-dən onlara qarşı Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulmasının təsdiq edilməsini xahiş ediblər. Söhbət “Xural” qəzetinin Prezident Administrasiyasının keçmiş sədri Ramiz Mehdiyevin ünvanına tənqidi nəşrinə görə 10 min manat cərimə olunmasından gedir.

Ərizəçilər bu məlumatın mənbəyinin “Gündəm xəbər” qəzeti olduğunu bildiriblər, amma AİHM ərizəçilərin məlumatı dərc etməzdən əvvəl onun doğruluğunu yoxlamalı olduğuna qərar verib. Buna görə bu işdə ifadə azadlığı pozulmayıb.

AİHM-nin digər qərarı “Mustafa Hacıbəyli və digərləri Azərbaycana qarşı” işi ilə bağlıdır.

Hacıbəyli və digər müxalifətçilər – Hüseyn Məlikov, Rafiq Daşdəmirov, Tofiq Yaqublu, Rafiq Manaflı və Gülağa Aslanlı Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci (toplaşmaq azadlığı) maddəsində nəzərdə tutulan hüquqlarının pozulmasından şikayət ediblər. Söhbət onların 2012-ci ildə Bakıda dinc etiraz aksiyası keçirmək hüququnun pozulmasından gedirdi.

AİHM hər bir ərizəçiyə 4500 avro və bütün ərizəçilərə məhkəmə xərclərinin ödənilməsi üçün 4625 avro ödənilməsi haqqında qərar verib.

Previous Post

ECHR recognized violations of rights of 6 Azerbaijani activists

Next Post

Activists complained about police to Prosecutor General’s Office

Start typing to see posts you are looking for.