AİHM Azərbaycan hökumətinin üzərinə 35 ərizəçiyə 176 min avrodan çox təzminat ödəmək öhdəliyi qoyub

Oktyabrın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi AİHM) Azərbaycandan 35 ərizəçinin işi üzrə qərarlarını elan edib. Hökumət ümumilikdə 176 700 avro ölçüsündə təzminat ödəməlidir, bu barədə Turan-a hüquqşünas Xalid Ağaliyev bildirib.

Məhkəmə ərizəçilərin ədalətli mühakimə təhqiqatı, ifadə azadlığı, əmlakın toxunulmazlığı, icbari əməyin yolverilməzliyi və qulluğun qadağan edilməsi hüquqlarının pozulduğu qənaətinə gəlib.

Qərarlardan biri müxalif gənc fəallarla bağlı idi. 2013-cü ilin iyulunda Ülvi Həsənov və Məcid Məcidov metronun “İçəri Şəhər” stansiyasının qarşısında vərəqə paylayarkən saxlanılıblar. Hər ikisi polis bölməsinə aparılıb. Bütün gecə orada saxlanılıblar və polisə tabe olmamaqda ittiham ediliblər, 15 gün müddətinə həbs ediliblər.

AİHM fəalların ədalətli məhkəmə təhqiqatı və ifadə azadlığı hüququnun pozulduğu qənaətinə gəlib. Ərizəçilərin hər birinə mənəvi ziyana görə 5850 avro təzminat müəyyən edilib, deyə Ağaliyev bildirib.

Daha bir qərar Seudin Zoletiç və daha 32 Bosniya və Herseqovina vətəndaşının şikayəti ilə bağlıdır. Onlar Azərbaycanda böyük layihələr çərçivəsində tikintidə işləyiblər və işverənlər tərəfindən aldadılıblar. Xüsusən, onlar “Buta Saray” sarayını, “Bakı Ekspo” sərgi mərkəzini və “28 Mall” ticarət mərkəzini tikiblər.

İşə qəbul zamanı onlara hər saat üçün 5-7 dollar əməkhaqqı və zəruri yaşayış şəraiti vəd edilib. Amma onlara 3-4 dollar ödəniş ediblər, yaşayış şəraiti isə dözülməz olub – normal rahatlığı olmayan və ciddi nizam-intizamı olan baraklarda qalıblar.

Beynəlxalq hüquq müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi təzminat ödənilib, pasportları qaytarılıb və evə qayıtmaları təmin edilib.

Bu iş üzrə şikayətdə Gənclər və İdman Nazirliyinin adı keçir. Bosniyalılar bu idarənin obyektində – Mingəçevir şəhərində Olimpiya Mərkəzində də işləyiblər.

AİHM bosniyalıların işində qulluq və icbari əmək elementləri olduğunu müəyyən edib.

Hər bir ərizəçi 5 min avro (ümumilikdə 165 min avro) alacaq.

Previous Post

Anar Abdullayev arrested for 15 days

Next Post

The ECHR ordered the Azerbaijani government to pay 35 applicants over 176,000 euros

Start typing to see posts you are looking for.